Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı 17.05.2012
Dövlət Dəniz Administrasiyasının əməkdaşları Beynəlxalq Dəniz Təşkilatının Təlim və Növbəçəkmə Standartları üzrə Alt Komitəsinin 43-cü Sessiyasında Dövlət Dəniz Administrasiyasının əməkdaşları da iştirak etmişlər.

30 Aprel - 4 may 2012-ci il tarixlərində Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında Vitse Admiral Peter Bradynin (Yamayka) sədrliyi ilə keçirilən Təlim və Növbəçəkmə Standartları üzrə Alt Komitənin 43-cü Sessiyasında Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun müdiri Mərdiyev Fuad, Gəmi heyəti şöbəsinin Təlim-tədris və metodiki təminat sektorunun müdiri Abdullayev Rövşən və qeyd olunan şöbənin Diplom, imtahan və sertifikatlaşdırma sektorunun baş məsləhətçisi Mustafayev Vüsal iştirak etmişdir.
Sessiyada 78 Üzv Dövlətlə yanaşı Assosiativ Üzv olan Honkonq (Çin) və Farer adaları, həmçinin hökumətlərarası təşkilatlar və qeyri hökumət təşkilatları da iştirak edirdi.
Baş Katibin Açılış nitqi dinlənildikdən sonra Sədr keçən il ərzində Beynəlxalq Dəniz Təşkilatının səyləri nəticəsində əldə olunmuş nailiyyətlərə görə Baş Katibə öz minnətdarlığını bildirdi. Gündəlik qəbul olunduqdan sonra “Dənizçilərin Hazırlanmasına, onlara Diplom verilməsinə və Növbə Çəkməyə dair” Beynəlxalq Konvensiya və Məcəllə üzrə Manila dəyişikliklərinin qəbulu ilə əlaqədar, model kurslara müvafiq dəyişikliklərin edilməsi barədə müzakirələr aparılmışdır.
Sessiyada müzakirə olunan daha bir sıra məsələləri qeyd etmək istəyirik. Belə ki dənizçilərin rəng seçmə (daltonizm) məsələsinin müzakirəsi zaman,növbəti 44-cü sessiyasına oftalmoloq dəvət edib və həmən sessiyada müzakirəyə yekun qoymaqla nəticə əldə etmək qərarə alındı.
Növbəçəkməyə dair məsələlərin müzakirəsində dənizçilərin istirahəti həftədə 72 saat yox ən azı 77 saat olması qəbul edilmişdir. Şərti işarələrlə bağlı məsələlərin üzərində daha geniş dəyişiklər aparmaq lazım olduğu bildirildi. (MF-4) sənədi nəzərə alaraq dənizçilər tərəfindən növbəçəkmə jurnalının yenilənmiş variantının aparılmaqlarının vacibliyi vurğulandı.
Sessiyada saxta sertifikatların verilməsi halları və bu halların qarşısının alınması üçün mübarizənin gücləndirilməsinin vacibliyi qeyd olundu.
Sessiya müddətində qeyd olunan İşçi və layihə qrupları tərəfindən müzakirə edilən məsələlər üzrə hazırlanmış Hesabatlar (əlavə olunur) dinlənildi və qəbul edilmiş nüanslar nəzərə alınması məqsədi ilə Dəniz Təhlükəsizliyi Komitəsinə təqdim ediləcək Hesabat layihəsinə (əlavə olunur) daxil edildi.
Sessiyanın son günündə, yekun nitqindən sonra TNS (STW) Alt Komitəsinin Yamaykalı sədrinin və katibinin uğurlu və məhsuldar fəaliyyətindən danışıldı. Səlahiyyət müddətləri bitdiyi üçün sədrin və katibin ünvanına xoş sözlər söylənildi. Alt Komitəyə bəyan olundu ki 2013-cü il STW gələn 44-cü sessiya üçün yeni sədr Avstraliya dövlətindən Bradley Groves və katib ABŞ-dan olan xanım Mayte Medina seçildilər.