|
Xəbərlər arxivi 15.05.2009
MİSİR ƏRƏB RESPUBLİKASININ İSGƏNDƏRİYYƏ ŞƏHƏRİNDƏ
KEÇİRİLƏCƏK ÜMUM ƏRƏB DƏNİZ GƏMİÇİLİYİ PALATALARI
FEDERASİYASI İDARƏ HEYƏTİNİN 13-CÜ TOPLANTISINDA
AZƏRBAYCAN RESPUBLİKASINDAN DA NÜMAYƏNDƏ HEYƏTİ
İŞTİRAK EDƏCƏK.
(Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətinin məlumatı).
18-20 may 2009-cu il tarixlərdə Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində keçiriləcək Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyası İdarə Heyətinin 13-cü toplantısında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəis müavini Namiq Ağamalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Dünyanın bir sıra ölkələrinin Dəniz Administrasiyaları rəhbərlərinin dəvət edildiyi bu tədbirdə iştirakçılar Ümumərəb Dəniz Gəmiçiliyi Palataları Federasiyasının fəaliyyəti, dəniz administrasiyaları və gəmiçiliklərinin işləri ilə tanış olacaq, dəniz nəqliyyatının inkişaf etdirilməsinə dair bir sıra maraqlı məruzə və çıxışlar edəcək və dinləyəcək, təcrübə mübadiləsi aparacaqlar. |