Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyanın 
  Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – “Administrasiya”) aparıcı struktur bölməsi olan Gəmi qeydiyyatı və standartlarına nəzarət şöbəsinin (bundan sonra – “Şöbə”) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri Administrasiya tərəfindən gəmi quruluşu standartlarına nəzarətin, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının, habelə gəmi sənədlərinin verilməsinin, eləcə də təsnifat cəmiyyətlərinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinin tənzimlənməsinin və onların fəaliyyət göstərməsinə razılıq verilməsinin və nəzarət edilməsinin təşkil edilməsindən ibarətdir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Administrasiyanın digər struktur bölmələri və tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Şöbə öz adı yazılmış daxili yazışmalar üçün blanka malikdir.

II. Şöbənin əsas vəzifələri

2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. gəmi quruluşu standartlarına nəzarəti təşkil etmək;
2.1.2. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, dəniz nəqliyyatı sahəsində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
2.1.3. dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair müvafiq qaydaların tətbiqinə nəzarət edilməsində iştirak etmək;
2.1.4. gəmilərə, onlara mülkiyyət hüququna və gəmidə digər əşya hüquqlarına, habelə onlara olan hüququn məhdudlaşdırılmasına dair məlumatların (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində qeydiyyatının aparılmasını təmin etmək;
2.1.5. gəmilərin və dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq şəhadətnamələrin verilməsi işini təşkil etmək;
2.1.6. liman infrastruktur obyektlərinin inşasına və yenidən qurulmasına icazə verilməsi işinin təşkilində iştirak etmək;
2.1.7. “Yük Nişanı haqqında” Beynəlxalq Konvensiyanın tələblərinə əsasən gəmilərin yük nişanına nəzarəti həyata keçirmək;
2.1.8. dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq gəmilərin yoxlanılmasını təmin etmək;
2.1.9. beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq gəmilərin üzgüçülüyə yararlılığının müəyyən edilməsi ilə əlaqədar məsələlərin həll edilməsini və istisna hallara dair gəmi sahiblərinin müraciətlərinə baxılmasını təşkil etmək;
2.1.10. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrinin aparılmasını, habelə gəmi sənədlərinin verilməsi işini təşkil etmək;
2.1.11. “Su nəqliyyatı ilə yük daşınması” fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi işini təşkil etmək;
2.1.12. “Su nəqliyyatı ilə sərnişin daşınması” fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi işini təşkil etmək;
2.1.13. gəmilərin “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə uyğun olaraq yoxlanılmasının həyata keçirilməsini və müvafiq şəhadətnamələr verilməsi işini təşkil etmək;
2.1.14. limanların “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) və “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydaları”nın tələblərinə uyğun olaraq yoxlanılmasının həyata keçirilməsini və müvafiq şəhadətnamələr verilməsi işini təşkil etmək;
2.1.15. gəmilərin və gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında” Beynəlxalq Məcəllənin (ISM Code) tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirmək və müvafiq şəhadətnamələr vermək;
2.1.16. dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən şirkətlərin fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunu yoxlamaq;
2.1.17. gəmilərin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərindən istisna hallarının araşdırılmasını, müvafiq qərar verilməsini və bu qərar barəsində Beynəlxalq Dəniz Təşkilatına məlumatın verilməsi işini təşkil etmək;
2.1.18. gəmilərin inşası və konstruktiv dəyişikliklərin edilməsinə icazə verilməsi məqsədilə gəmilərin inşa sənədlərini yoxlamaq;
2.1.19. «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya (MARPOL-73/78) istisna olmaqla, dəniz nəqliyyatı sahəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər Beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq hazırlanmış gəmi planlarını və bukletlərini yoxlamaq və təsdiq etmək;
2.1.20. Azərbaycan Respublikasının ərazi sularında gəmilərlə baş vermiş qəza hadisələrinin araşdırılmasında iştirak etmək;
2.1.21. müvafiq sahəyə aid olan obyektlərin, gəmilərin, gəmi avadanlıqlarının və digər qurğuların inşası, istismarı, təmiri və yenidən təchizatı ilə əlaqələr tələbləri hazırlamaq və təsdiq olunması üçün təqdim etmək;
2.1.22. gəmilərin dövlət gəmi reyestrində qeydiyyata alınmasını və müvafiq gəmi sənədlərini verilməsi işini təşkil etmək;
2.1.23. Şöbənin fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların və dövlət sirrinin qorunmasını təmin etmək;
2.1.24. dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq müqavilələri, müqavilələrə dair dəyişiklikləri, habelə beynəlxalq təşkilatların tövsiyə xarakterli sənədlərini izləmək və təhlilini aparmaq, bu məqsədlə elektron informasiya ehtiyatlarından (“IMODOCS”, “Virtual Publications” və digərləri) istifadə etmək;
2.1.25. beynəlxalq müqavilələrin tətbiqi məqsədi ilə dövlətdaxili normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək;
2.1.26. bütün beynəlxalq təşkilatların dəniz nəqliyyatı sahəsi üzrə tövsiyə xarakterli sənədlərinin təhlilini aparmaq, məqsədmüvafiq hesab edildiyi təqdirdə aidiyyəti üzrə normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək və ya bununla əlaqədar olaraq aidiyyəti tərəflərə tövsiyələr vermək;
2.1.27. Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq verilməsi işini təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək;
2.1.28. gəmilərin, onların mühərriklərinin standartları, texniki şərtləri, layihə və konstruksiyaları üzrə təhlükəsizliyinin təminatı və yeni gəmi texnikası nümunələrinin istismarına razılıq verilməsi ilə bağlı rəy vermək;
2.1.29. gəmilərdə naviqasiya və radionaviqasiya avadanlıqlar sistemlərinə nəzarət edilməsi üzrə tədbirlər görülməsində iştirak etmək;
2.1.30. limanların fəaliyyətə başlamasının hazırlıq səviyyəsinin yoxlanılmasında iştirak etmək;
2.1.31. gəmi agenti kursları üzrə proqramları hazırlamaq və təsdiq olunması üçün təqdim etmək;
2.1.32. gəmi agenti kurslarını təşkil etmək;
2.1.33. gəmi agenti kurslarını bitirmiş şəxslərin müvafiq biliyə malik olmasını yoxlamaq;
2.1.34. “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatların forması, qüvvədə olma müddəti, verilmə və ləğv edilmə Qaydası”na uyğun olaraq, fiziki və hüquqi şəxslərə “Gəmi agenti sertifikatı”nın verilməsi işini təşkil etmək;
2.1.35. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən Şöbəyə həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Azərbaycan Respublikasının liman idarələrindən onların fəaliyyəti haqqında məlumatları sorğu etmək;
3.1.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Administrasiyanın struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.3. xarici dövlət bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək;
3.1.4. dəniz nəqliyyatı sahəsinin sabit fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək;
3.1.5. Şöbənin vəzifələrinə uyğun olaraq konfranslar, seminarlar, simpoziumlar, görüşlər və digər tədbirlərdə iştirak etmək;
3.1.6. daxil olmuş ərizələrlə bağlı rəy və təkliflərini rəhbərliyə təqdim etmək;
3.1.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
3.1.8. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən Şöbəyə həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Şöbəyə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbə müdirinin Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
4.4. Şöbə müdirinin müavini – Gəmi standartları və qeydiyyatı sektorunun müdiri Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini – Gəmi standartları və qeydiyyatı sektorunun müdiri həyata keçirir.
4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.6.4. Şöbə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən hüquqi aktların vaxtında icrasını təmin edir;
4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə Administrasiyanın rəisinə təqdimat verir;
4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.6.11. Şöbəni təmsil edir;
4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.
4.7. Şöbənin digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.