Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının
Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) aparıcı struktur bölməsi olan Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri Administrasiyanın fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının, Administrasiyanın mənafelərinin hüquqi vasitələrlə müdafiə edilməsinin, dəniz nəqliyyatı sahəsinə aid normativ hüquqi aktların layihələrinin hazırlanmasının, o cümlədən kadrların seçilib yerləşdirilməsinin, onların ixtisaslarının artırılmasının, işçilərin əmək və həyat şəraitinin yaxşılaşdırılmasına yönələn proqramların hazırlanmasının və həyata keçirilməsinin, eləcə də Administrasiyanın fəaliyyəti ilə bağlı beynəlxalq əlaqələrin qurulmasının və inkişaf etdirilməsinin təmin edilməsidir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Administrasiyanın digər struktur bölmələri və tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Şöbə öz adı yazılmış daxili blanka və möhürə malikdir.

II. Şöbənin vəzifələri

2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. Administrasiyanın fəaliyyətinin hüquqi təminatını həyata keçirmək;
2.1.2. dəniz nəqliyyatı sahəsini tənzimləyən normativ hüquqi aktların və Administrasiyanın normativ hüquqi aktlarının layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
2.1.3. Administrasiyanın struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər vermək;
2.1.4. Administrasiyaya daxil olan və Administrasiyanın struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Administrasiyanın normativ hüquqi aktlarının layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
2.1.5. müəyyən olunmuş qaydada Administrasiyanın səlahiyyətinə aid olan məsələlərə, o cümlədən dəniz nəqliyyatı sahəsinə dair normativ hüquqi aktların təhlilini aparmaq və onların təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
2.1.6. Administrasiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
2.1.7. Azərbaycan Respublikasının məhkəmələrində Administrasiyanın hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanmasını təmin etmək;
2.1.8. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Administrasiyaya ünvanlanmış və icrası Şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
2.1.9. hüquqi maarifləndirmə işini aparmaq və mövcud qanunvericiliyin təbliğində və izahında iştirak etmək;
2.1.10. müvafiq normativ hüquqi aktlarda və dövlət proqramlarında Administrasiyaya həvalə edilmiş tədbirlərin (tapşırıqların), habelə Administrasiyanın normativ hüquqi aktlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, bununla bağlı aidiyyəti şöbələrin fəaliyyətini əlaqələndirmək;
2.1.11. Administrasiyanın struktur bölmələrinə Administrasiyanın fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericilyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
2.1.12. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
2.1.13. Administrasiyanın kadr təminatının proqnozlaşdırılmasını, dövlət qulluqçularının ehtiyat kadrlarının formalaşdırılmasını, aidiyyəti qurumlarla birlikdə işçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və peşəkarlığının artırılması, etik davranış məsələləri üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək;
2.1.14. kadrların seçilməsi, vəzifəyə təyin edilməsi, rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, məzuniyyətə buraxılması, dövlət qulluğuna, əmək müqavilələrinə xitam verilməsi, habelə insan resurslarının idarə edilməsini təşkil etmək;
2.1.15. işçilərin ixtisasının artırılması sahəsində Administrasiyanın digər mərkəzi icra hakimiyyəti orqanları ilə fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq;
2.1.16. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyatı üzrə vaxtında təqdim edilməsi və tutulması üçün zəruri tədbirləri görmək;
2.1.17. Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin edilən işçilərin işə qəbulunu, işdən azad olunmasını və başqa vəzifəyə keçirilməsini rəsmiləşdirmək;
2.1.18. işçilərin şəxsi işlərini yeniləmək, onların qulluqda yüksəliş yolu ilə təyin edilməsini, yerləşdirilməsini, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini, dövlət qulluğu və əmək müqavilələri ilə bağlı digər məsələləri həll etmək;
2.1.19. dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək;
2.1.20. insan resurslarının idarə edilməsinə dair proqramlar və digər sənədlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
2.1.21. Administrasiyanın rəhbərliyini insan resurslarının idarə edilməsinin vəziyyəti və işçilər haqqında məlumatlandırmaq;
2.1.22. effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin etmək;
2.1.23. işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi haqqında Administrasiyanın struktur bölmələrinin rəhbərlərinin təkliflərini və işçilərin müraciətlərini qanunvericiliyə uyğun olaraq həll etmək;
2.1.24. işçilərin xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
2.1.25. məzuniyyət cədvəllərinin tərtib olunmasını və işçilərə məzuniyyət verilməsini, onların qeydiyyatının aparılmasını təmin etmək;
2.1.26. Administrasiyanın Aparatının və tabeliyindəki qurumların rəhbər və inzibati vəzifə tutan işçilərinə Fəxri Fərman, digər fəxri ad və təltiflər verilməsi üçün müvafiq sənədləri hazırlamaq;
2.1.27. kadrlarla iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq edilməsi üçün rəhbərliyə təkliflər vermək;
2.1.28. ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş inzibati vəzifə tutan dövlət qulluqçularının qanunla müəyyən edilmiş qaydada təntənəli şəraitdə andiçmə mərasiminin keçirilməsini təşkil etmək;
2.1.29. Administrasiyanın Aparatında və tabeliyindəki qurumlarda kadrlarla görülən işləri təhlil etmək və onları ümumiləşdirmək, əmək intizamının vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirləri həyata keçirmək, bu sahədə nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlamaq, əmək intizamına nəzarət və onun möhkəmləndirilməsi üçün tədbirlərin yerinə yetirilməsini təmin etmək;
2.1.30. dəniz nəqliyyatı sahəsində vahid xarici siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.31. Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlaR ilə əməkdaşlığı təşkil etmək, onların keçirdiyi tədbirlərdə iştirak etmək;
2.1.32. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsi üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak etmək;
2.1.33. Administrasiyanın səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;
2.1.34. Azərbaycan Respublikası tərəfindən dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq müqavilələrin imzalanmasına, ratifikasiyasına, qəbul edilməsinə, təsdiq edilməsinə və onlara qoşulmasına dair təkliflər vermək;
2.1.35. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada bu kimi müqavilələrin bağlanması üçün danışıqların aparılması və razılaşdırılması işinin təşkilində iştirak etmək;
2.1.36. səlahiyyətinə aid məsələlər üzrə xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqların aparılmasında iştirak etmək;
2.1.37. ölkələrdən dəvət olunan yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəyə səfərlərinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirmək;
2.1.38. dövlətlərarası əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə Administrasiyanın rəhbərliyinin keçirdiyi görüşlərdə, forumlarda, səfərlərdə və digər tədbirlərdə iştirak etmək, bununla bağlı məlumatlar hazırlamaq;
2.1.39. beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak etmək;
2.1.40. Administrasiyanın rəisi və rəis müavini(ləri), Aparat rəhbərinin xarici ölkələrə səfərləri ilə bağlı texniki, təşkilati məsələləri həyata keçirmək (xidməti pasportların, vizaların almasını, müvafiq yazışmaların aparılması və s.);
2.1.41. Administrasiyanın beynəlxalq əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində Administrasiyanın rəisinə təkliflər vermək və zəruri hallarda bu istiqamətdə inkişaf strategiyası hazırlamaq;
2.1.42. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, Administrasiyanın qərar, əmr və sərəncamlarının layihələrini hazırlamaq və onların hazırlanmasında iştirak etmək;
2.1.43. Şöbənin fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını təmin etmək;
2.1.44. Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
2.1.45. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

 III. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Administrasiyanın işinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək üçün müvafiq tədbirlər həyata keçirmək;
3.1.2. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Administrasiyanı dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
3.1.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Administrasiyanın struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.4. Administrasiyanın struktur bölmələrinin işçilərini normativ hüquqi aktların layihələrinin və digər sənədlərin hazırlanmasına cəlb etmək;
3.1.5. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.1.6. Administrasiyanın struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
3.1.7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, hüquqi aktların, o cümlədən, dəniz nəqliyyatı sahəsini tənzimləyən normativ hüquqi aktların və Administrasiyanın normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
3.1.8. Administrasiyanın struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Administrasiyanın normativ hüquqi aktlarının layihələrinə dair təkliflər hazırlamaq;
3.1.9. Administrasiyanın struktur bölmələri tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
3.1.10. Administrasiyanın struktur bölmələrində idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;
3.1.11. Administrasiyada kadr sahəsində çalışan işçilər üçün onların bu sahədə bilik və təcrübəsinin artırılması üçün seminar və görüşlər keçirmək;
3.1.12. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
3.1.13. dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi məqsədilə müvafiq struktur bölmələri ilə birlikdə Administrasiyanın rəhbərliyinə təkliflər vermək;
3.1.14. Administrasiyanın struktur bölmələrində insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
3.1.15. Administrasiyada olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə müsabiqə və müsahibələrin keçirilməsində iştirak etmək;
3.1.16. insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədi ilə digər dövlət orqanlarının kadr siyasətini həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;
3.1.17. yüksək ixtisaslı kadrların hazırlanması sahəsində tədbirlər görmək;
3.1.18. öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməkdə fərqlənən Administrasiyanın əməkdaşları barəsində həvəsləndirmə tədbirləri, vəzifə funksiyalarını yerinə yetirməyən, Administrasiyanın fəaliyyət dairəsinə aid olan sahədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini və əmək intizamını pozan əməkdaşlar barəsində isə intizam tənbehi tədbirlərinin görülməsi işini təşkil etmək;
3.1.19. Administrasiyada və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Administrasiyanı təmsil etmək, onların işində iştirak etmək;
3.1.20. dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiya və müqavilələrin icrasına nəzarət edilməsində iştirak etmək;
3.1.21. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və dəniz nəqliyyatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
3.1.22. dəniz nəqliyyatı sahəsində dövlətlərarası əlaqələrin yaradılması, həyata keçirilməsi, möhkəmləndirilməsi, inkişafı ilə bağlı təkliflər vermək;
3.1.23.Azərbaycan Respublikasının dəniz nəqliyyatı siyasəti ilə bağlı Administrasiyanın xarici əlaqələrinin inkişafı və təkmilləşdirilməsi üçün Administrasiyanın rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;
3.1.24. dəniz nəqliyyatı sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də, imzalanmış müqavilələrin icrasını təmin etmək məqsədilə işçi qrupların yaradılması ilə bağlı təkliflər irəli sürmək;
3.1.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
3.1.26. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən ona həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

 IV. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Şöbəyə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbə müdirinin Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
4.4. Şöbə müdirinin müavini – Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun müdiri Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini – Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun müdiri həyata keçirir.
4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.6.4. Şöbə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən normativ hüquqi aktların vaxtında icrasını təmin edir;
4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə Administrasiyanın rəisinə təqdimat verir;
4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.6.11. Şöbəni təmsil edir;
4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.
4.7. Şöbənin digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.