Maliyyə-inzibati şöbəsi | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Maliyyə-inzibati şöbəsi

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının
Maliyyə-inzibati şöbəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) aparıcı struktur bölməsi olan Maliyyə-inzibati şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri mühasibat uçotunun qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun aparılmasının, Administrasiyanın fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar tədbirlərin görülməsinin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasının, ştat cədvəlinin hazırlanmasının təşkilinin, eləcə də fəaliyyət istiqamətləri üzrə Administrasiyanın inkişaf konsepsiyasının həyata keçirilməsinin təmin edilməsidir.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını,  digər normativ hüquqi aktları və bu  Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Administrasiyanın digər struktur bölmələri və tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Şöbə öz adı yazılmış daxili blanka və möhürə malikdir.

II. Şöbənin vəzifələri

2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. Administrasiyada  mühasibat uçotunu və hesabatını müəyyən olunmuş mühasibat uçotu standartlarına uyğun təşkil etmək və aparmaq;
2.1.2. ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək və müəyyən edilmiş qaydada onları təsdiq etmək;
2.1.3. Administrasiyada mühasibat uçotunun və hesabatının aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək, bu işlərin təşkilinə nəzarət etmək;
2.1.4. Administrasiyanın xərclər smetasını tərtib etmək və təsdiq olunması üçün təqdim etmək;
2.1.5. Administrasiyanın fəaliyyət istiqamətləri ilə bağlı ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmək üçün zəruri tədbirlər görmək;
2.1.6. müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində Administrasiyaının ştat cədvəlinin hazırlanmasını təşkil etmək;
2.1.7. Administrasiyanın əməkdaşlarının sosial müdafiəsini təmin etmək məqsədi ilə onların icbari sığortalanması ilə bağlı tədbirlər görmək;
2.1.8. Administrasiyada çalışan ştatdankənar işçilərin fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
2.1.9. Administrasiyanın fəaliyyəti ilə bağlı bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədilə tədbirlər görmək;
2.1.10. Administrasiyanın Aparatının işçilərinə əmək haqqının, ezamiyyə xərclərinin və müavinətlərin verilməsini təmin etmək, onların mükafatlandırılması ilə bağlı təkliflər hazırlamaq;
2.1.11. Administrasiyanın əməkdaşlarının xidməti ezam olunmaları ilə bağlı ezamiyyə xərclərinin hesablanmasının, vaxtında ödənilməsinin və bununla bağlı sənədlərin qaydasında olmasının təmin edilməsi ilə əlaqədar tədbirlər görmək;
2.1.12. qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Administrasiyanın Aparatının balansında olan əsas vəsaitlərin, eləcə də öhdəliklərin, hesablaşmaların, kapitalın və digər maddi sərvətlərin, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasının aparılmasını təşkil etmək;
2.1.13. Administrasiyanın Aparatının balansında olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görmək;
2.1.14. Administrasiyanın balansında olan binanın, inventar və avadanlıqların, qurğuların səmərəli istismar edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görmək;
2.1.15. Administrasiyanın Aparatının fəaliyyəti üçün zəruri olan mebel, ofis texnikası, avadanlıq, rabitə vasitələri, eləcə də kargüzarlıq ləvazimatlarını müəyyən etmək və onların alınması ilə bağlı təkliflər vermək;
2.1.16. Administrasiyanın Aparatının səmərəli fəaliyyəti üçün əməkdaşlara şəraitin yaradılmasını, o cümlədən iş yerlərinin mebel, ofis texnikası, avadanlıq, rabitə vasitələri, eləcə də kargüzarlıq ləvazimatları ilə təchiz olunmasını təmin etmək;
2.1.17. Administrasiyanın inzibati binasının yanğından mühafizəsi və həmin binalarda sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlər görmək;
2.1.18. fəaliyyət istiqamətləri üzrə Administrasiyanın rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki-təminatı ilə bağlı tədbirlər görmək;
2.1.19. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarına dair rəy hazırlamaq;
2.1.20. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
2.1.21. fəaliyyət istiqamətləri üzrə Administrasiyanın inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin etmək;
2.1.22. Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
2.1.23. Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
2.1.24. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Administrasiyada mühasibat uçotunun və hesabatının təşkili, aparılması üzrə əməli və metodik tövsiyələr vermək;
3.1.2. Administrasiyada mühasibat uçotunun və hesabatının təşkili, aparılması, istifadələrində olan əsas vəsaitlərin və digər əmlakların istifadəsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;<
3.1.3. Administrasiyanın aparatının istifadəsində olan mebel, ofis texnikası, avadanlıq, eləcə də rabitə vasitələrinə onların olduğu yerlər üzrə baxış keçirmək;
3.1.4. Administrasiya tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
3.1.5. xidməti zərurətlə əlaqədar Administrasiyaının strukturlarına, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq Administrasiyanın struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.7. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən ona həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Şöbəyə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbə müdirinin Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
4.4. Şöbə müdirinin müavini – Maliyyə və mühasibat uçotu sektorunun müdiri Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini – Maliyyə və mühasibat uçotu sektorunun müdiri həyata keçirir.
4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.6.4. Şöbə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən hüquqi aktların vaxtında icrasını təmin edir;
4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə Administrasiyanın rəisinə təqdimat verir;
4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.6.11. Şöbəni təmsil edir;
4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.
4.7. Şöbənin digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.