Təsərrüfat sektoru | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Təsərrüfat sektoru

Maliyyə-təsərrüfat şöbəsinin Təsərrüfat sektorunun funksiyaları

1. Qanunvericiliklə müəyyən olunmuş qaydada arxiv sənədlərinin saxlanılması işini təşkil edir;
2. Administrasiyanın şöbə və sektorlara təhkim olunmuş əmlakının təyinatı üzrə istifadə olunmasına nəzarət edir, onların qanuni istifadəsini və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək üçün tədbirlər həyata keçirir;
3. Administrasiya üzrə inventar və avadanlıqların alınması üçün Administrasiyanın aparatının ehtiyacını öyrənir, şöbə və sektorların verdiyi sifarişləri təmin edir, müəyyən olunmuş qaydada mal-materialların, cihazların, avadanlıqların və digər inventarın verilməsini təşkil edir;
4. Administrasiyanın aparatının normal fəaliyyət göstərməsi üçün lazım olan maddi-texniki tələbatı təmin edir, bütün təsərrüfat işlərini həyata keçirir;
5. Administrasiya üçün lazım olan malların (işlərin və xidmətlərin) satın alınmasına dair əqdlərin layihələrinin hazırlanmasında iştirak edir, səlahiyyətləri daxilində bu cür əqdlər haqqında rəylər verir;
6. Administrasiyanın aparatında təsərrüfat fəaliyyəti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər həyata keçirir;
7. Yanğından mühafizə, sanitar-texniki və əməyin mühafizəsi qaydalarına, texniki-istismar normalarına uyğun olaraq Administrasiyanın inzibati binasından lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati və texniki tədbirlər planı işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;
8. Administrasiyanın inzibati binasının həyətində və ətrafında təmizlik və abadlıq işlərini həyata keçirir;
9. Daxil olan məktub, teleqram, şikayət və ərizələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə baxır, bu istiqamətdə müvafiq tədbirlərin görülməsini təmin edir;
10. Daxil olmuş sənədlərin qəbul edilməsi və həmin gün mövcud qanunvericiliyə uyğun olaraq qeydiyyat-nəzarət vərəqələrində mərkəzləşdirilmiş şəkildə qeydiyyata alınmasını təmin edir;
11. Təkrar müraciət etmiş hüquqi və fiziki şəxslərin sənədlərinə müəyyən olunmuş baxılma müddəti bitdiyi və ya müraciət edənin aldığı cavabdan razı qalmadığı hallarda təklifi, ərizə və şikayəti təkrar hesab edərək, onların aidiyyəti üzrə çatdırılmasını təmin edir;
12. Daxil olmuş sənədlərin icrası ilə bağlı qeydiyyat-nəzarət vərəqlərini tərtib edir, kartoteka işini təşkil edir;
13. Sənədlərin nəzarətə alınması zərurəti yarandıqda qeydiyyat-nəzarət vərəqələrinə “Nəzarət” ştampı qoyur;
14. Mahiyyəti üzrə baxılmış sənədlərin təhlili və ümumiləşdirilməsi üzrə materiallar əsasında analitik arayışlar, o cümlədən zəruri hallarda digər təhlili arayışlar hazırlayır və aidiyyəti üzrə təqdim edir;
15. “Şəxsən” qeydi ilə daxil olan zərfləri bağlı şəkildə qeydə alır;
16. Zərfin içərisində hər hansı sənəd çatışmazlığı, sənədin korlanması və bu kimi digər hallar aşkar edilərsə, 2 nüsxədən ibarət akt tərtib edərək və bu barədə sənəddə müvafiq qeyd aparmaqla onlardan bir nüsxəsinin müəllifə qaytarılmasını təmin edir;
17. Səhvən göndərilən məktubların, köhnə zərfi sənədə əlavə etməklə yeni zərfə qoyulmasını və aidiyyəti üzrə göndərilməsini təmin edir;
18. Digər sənədlərlə yanaşı müqavilə və şəhadətnamələri müvafiq qaydada qeydiyyata alır;
19. Qeydiyyata alınmış müqavilə və şəhadətnamələrə müvafiq qeydiyyat nömrəsi və möhür qoyulduqdan sonra onlar bilavasitə ərizəçiyə xüsusi kitabda imza etdikdən sonra təqdim edir;
20. Zərfə qoyulmuş sənədlərin reyestrə yazılmasını və müvafiq qaydada ünvanlara çatdırılmasını təmin edir;
21. Səlahiyyətləri daxilində tapşırılmış vəzifələrlə əlaqədar əmrlər, sərəncamlar və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və onlara dair rəylər verir;
22. Qanunvericiliklə müəyyən edilmiş buraxılış qaydalarının tələblərinə uyğun olaraq, Administrasiyanın inzibati binasına giriş-çıxışı tənzim edir;
23. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını təmin edir;
24. Qanunvericiliklə müəyyən olunmuş qaydada ekspedisiya sənədlərinin çatdırılmasını və aidiyyəti üzrə göndərilməsini təmin edir;
25. Sürücülərin işini təşkil edir və onları müvafiq zəruri sənədlərlə təmin edir;
26. Administrasiyanın balansında olan avtomobillərin saz vəziyyətdə saxlanılmasını təmin edir;
27. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Administrasiya tərəfindən ona həvalə olunmuş digər funksiyaları həyata keçirir.