Gəmi heyəti şöbəsi | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Gəmi heyəti şöbəsi

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının
Gəmi heyəti şöbəsi haqqında

Ə S A S N A M Ə

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) aparıcı struktur bölməsi olan Gəmi heyəti şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri Administrasiyanın Əsasnaməsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarından irəli gələn dövlət siyasətinin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi çərçivəsində tətbiq edilməsinin təmin olunmasıdır.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Administrasiyanın digər struktur bölmələri və tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Şöbə öz adı yazılmış daxili blanka və möhürə malikdir.

II. Şöbənin əsas vəzifələri

2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. Şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
2.1.2. dənizçinin şəxsiyyət sənədinin verilməsinə dair sənəd qəbulunun keçirilməsini təmin etmək;
2.1.3. dənizçinin şəxsiyyət sənədinin, dənizçinin qeyd kitabçasının verilməsini həyata keçirmək və onların qeydiyyatının aparılmasını təmin etmək;
2.1.4. sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin, təsdiqnamələrin, dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının verilməsinə dair sənədlərin arxivləşdirilməsini təmin etmək;
2.1.5. dənizçinin şəxsiyyət sənədinin verilməsi ilə bağlı elektron məlumat bazasının işlək vəziyyətdə olmasını təmin etmək;
2.1.6. normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.1.7. Şöbənin fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların və dövlət sirrinin qorunmasını təmin etmək;
2.1.8. hazırlanmış və ya istifadə olunmamış, eləcə də korlanmış dənizçinin şəxsiyyət sənədi blanklarının təhlükəsiz və etibarlı yerdə saxlanmasını təmin etmək;
2.1.9. dənizçilərə identifikasiya nömrələrini vermək;
2.1.10. sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnamələrini, təsdiqnamələri “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq hazırlamaq və təqdim etmək;
2.1.11. sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin və təsdiqnamələrin saxtalığının yoxlanması və onlarla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
2.1.12. dənizçinin şəxsiyyət sənədlərinin, dənizçinin qeyd kitabçalarının, sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin və təsdiqnamələrin verilməsinin vəziyyəti barədə aylıq hesabatların hazırlanmasını təmin etmək;
2.1.13. digər dövlətlərdən daxil olan dənizçinin şəxsiyyət sənədi, dənizçinin qeyd kitabçası, sertifikatları (diplomları), xüsusi hazırlıq şəhadətnaməsi haqqında sorğularla bağlı məlumatların yoxlanılmasını və adıçəkilən sənədlərin Administrasiya tərəfindən verilməsini və etibarlılıq müddətinin təsdiqi barədə müvafiq qaydada cavab verilməsini təmin etmək;
2.1.14. etibarlılıq müddəti bitmiş, yararsız hala düşmüş və ya hər hansı bir səbəbdən etibarsız hesab edilmiş dənizçinin şəxsiyyət sənədlərinin, dənizçinin qeyd kitabçalarının, sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnəmələrinin və təsdiqnamələrin qeydiyyatının aparılmasını, saxlanılmasını və müvafiq qaydada məhv edilməsini təmin etmək;
2.1.15. Administrasiyada daimi fəaliyyət göstərən ixtisas və apelyasiya komissiyalarının işinin təşkilində iştirak etmək;
2.1.16. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq, bütün ali, orta ixtisas və peşə təhsili müəssisələrində, təlim-tədris və təlim-məşq mərkəzlərində tədrisin aparılmasının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ) əlavələr edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə və Beynəlxalq Dəniz Təşkilatının model kurslarına uyğun olaraq təşkil edilməsinə nəzarət etmək;
2.1.17. dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının təkmilləşdirilməsinə dair bütün ali, orta ixtisas və peşə təhsili müəssisələrində, təlim-tədris və təlim-məşq mərkəzləri tərəfindən hazılanmış təhsil-tədris proqramlarının yoxlanılması və Administrasiya tərəfindən təsdiq olunması üçün təqdim etmək;
2.1.18. dəniz nəqliyyatı üzrə təhsil-tədris prosesində müasir tələblərə uyğun olan tədris sistemlərinin tətbiqində metodiki təminatı həyata keçirmək;
2.1.19. dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssislərin hazırlanmasında və ixtisaslarının təkmilləşdirilməsi, eləcə də təhsil-tədris prosesinin kefiyyətli həyata keçirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək;
2.1.20. dənizçiliyə dair bütün ali, orta ixtisas və peşə ixtisas proqramlarının nəzərdən keçirilməsini və zərurət olduqda “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli (DHDNÇ) əlavələr edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə əsasən əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə Administrasiyanın rəhbərliyinə təkliflərin təqdim olunmasını təmin etmək;
2.1.21. Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək;
2.1.22. dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq müqavilələri, müqavilələrə dair dəyişiklikləri, habelə beynəlxalq təşkilatların tövsiyə xarakterli sənədlərini izləmək və təhlilini aparmaq, bu məqsədlə elektron informasiya ehtiyatlarından (“IMODOCS”, “Virtual Publications” və digərləri) istifadə etmək;
2.1.23. beynəlxalq müqavilələrin tətbiqi məqsədi ilə dövlətdaxili normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək;
2.1.24. bütün beynəlxalq təşkilatların dəniz nəqliyyatı sahəsi üzrə tövsiyə xarakterli sənədlərinin təhlilini aparmaq, məqsədmüvafiq hesab edildiyi təqdirdə aidiyyəti üzrə normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək və ya bununla əlaqədar olaraq aidiyyəti tərəflərə tövsiyələr vermək;
2.1.25. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsi üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında və hazırlanmasında iştirak etmək;
2.1.26. Azərbaycan Respublikası tərəfindən dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq müqavilələrin imzalanmasına, ratifikasiyasına, qəbul edilməsinə, təsdiq edilməsinə və onlara qoşulmaslna dair təkliflərin hazırlanmasında iştirak etmək;
2.1.27. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada bu kimi müqavilələrin bağlanması üçün danışıqların aparılması və razılaşdırılması işinin təşkilində iştirak etmək;
2.1.28. dəniz nəqliyyatı sahəsində vahid xarici siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.29. səlahiyyətlərinə aid məsələlər üzrə xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqların aparılmasında iştirak etmək;
2.1.30. beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, simpozium, sammit, seminar, iclas, görüş, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak etmək;
2.1.31. Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları təsdiq etmək;
2.1.32. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən Şöbəyə həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Şöbənin işinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək üçün müvafiq tədbirlər həyata keçirmək;
3.1.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Administrasiyanın struktur bölmələrindən, fiziki şəxslərdən zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.3. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.1.4. Administrasiyanın struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinə dair rəy və təkliflər vermək;
3.1.5. Administrasiyanın digər struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Administrasiyanın normativ hüquqi aktlarının layihələrinə dair təkliflər hazırlamaq;
3.1.6. dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiya və müqavilələrin icrasına nəzarət edilməsində iştirak etmək;
3.1.7. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və dəniz nəqliyyatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
3.1.8. Azərbaycan Respublikasının dəniz nəqliyyatı siyasəti ilə bağlı Administrasiyanın xarici əlaqələrinin inkişafı və təkmilləşdirilməsi üçün Administrasiyanın rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;
3.1.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
3.1.10. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən Şöbəyə həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Şöbəyə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbə müdirinin Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
4.4. Şöbə müdirinin müavini – Diplom, imtahan və sertifikatlaşdırma sektorunun müdiri Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini – Diplom, imtahan və sertifikatlaşdırma sektorunun müdiri həyata keçirir.
4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.6.4. Şöbə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən hüquqi aktların vaxtında icrasını təmin edir;
4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərin görülməsi barədə Administrasiyanın rəisinə təqdimat verir;
4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.6.11. Şöbəni təmsil edir;
4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.
4.7. Şöbənin digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər;
4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.