Təhsil-tədris metodiki təminat sektoru | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Təhsil-tədris metodiki təminat sektoru

Gəmi heyəti şöbəsinin Təhsil-tədris və metodiki təminat sektoruun əsas vəzifələri

— Təhsil- tədris  və  metodiki  təminat   sektoru  Qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq,  bütün ali, orta ixtisas və peşətəhsili təhsili müəssisələrində, müxtəlif təlim-tədris və təlim-məşq mərkəzlərində tədrisin aparılmasının ”Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il əlavələr edilmiş (DHDNÇ-78 BK) Beynəlxalq Konvensiyanın tələblərinə və Beynəlxalq Dəniz Təşkilatının model kurslarına uyğun olaraq təşkil edilməsinə nəzarət edir;

— Yuxarıda qeyd olunan tədris müəsssisələrində tədris prosesinin fənn proqramlara görə aparılmasına  DHDNÇ-78 BK VƏ BDT-nin model kurslarına  müvafiq olaraq  plan üzrə təyin olunmuş vaxtlarda nəzarət etmək, zərurət olduqda metodiki cəhətdən köməklik göstərmək, fənnlər və kurslar üzrə imtahanların (DHDNÇ-78 BK  və BDT-nin model kurslarına uyğun olaraq)   keçirilməsinə nəzarət etmək, habelə  keyfiyyət idarəetmə sisteminə müvafiq  müəllim və təlimatçı  heyətinin ixtisas səviyyəsinin, texniki tədris bazasının  və əyani  vəsaitlərin  peşə  hazırlığına aid norma və  tələblərə uyğun olmasını yoxlayır;

— Administrasiyada daimi fəaliyyət göstərən ixtisas və apelyasiya komissiyalarının işinin təşkilində iştirak edir;

— Tədris müəssisələrində fəaliyyət göstərən ixtisas komissiyalarının işində iştirak etmək;

— Dəniz nəqliyyatı sahəsi üzrə təhsil-tədris və metodiki təminat məsələləri ilə bağlı beynəlxalq təcrübəni öyrənmək; 

— Həmçinin adıçəkilən sektor dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının təkmilləşdirilməsində, təhsil-tədris prosesinin keyfiyyətli həyata keçirilməsi istiqamətində tədbirlər görmək;

— Dəniz  nəqliyyatı sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının təkmilləşdirilməsinə dair bütün ali, orta ixtisas və peşə  təhsili müəssisələrində, müxtəlif  təlim-tədris və təlim-məşq mərkəzləri tərəfindən hazırlanmış təhsil-tədris  və proqramların Administrasiya tərəfindən təsdiqlənməsində müvafiq qaydada iştirak etmək;

— Dəniz nəqliyyatı üzrə təhsil-tədris prosesində  müasir tələblərə uyğun olan tədris sistemlərinin tətbiqində metodiki təminatı həyata keçirmək;                

— Eyni zamanda  sektora həvalə edilmiş funksiyaların  həyata keçirilməsi üçün Administrasiyanın struktur bölmələrindən sənədlər və digər zəruri materiallar  sorğu etmək;

— Müxtəlif beynəlxalq və yerli təşkilatların təşkil etdiyi konfranslarda, seminarlarda, simpoziumlarda, görüşlərdə və digər tədbirlərdə iştirak edir.