Dəniz üzgüçülüyü şöbəsi | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Dəniz üzgüçülüyü şöbəsi

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının
Dəniz üzgüçülüyü şöbəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – Administrasiya) aparıcı struktur bölməsi olan Dəniz üzgüçülüyü şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2.     Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.3.     Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Administrasiyanın digər struktur bölmələri və tabeliyindəki qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4.  Şöbə öz adı yazılmış daxili yazışmalar üçün blanka malikdir.

II. Şöbənin əsas vəzifələri

 2.1. Şöbənin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. dəniz üzgüçülüyünün təhlükəsizliyi sahəsi üzrə normativ hüquqi aktların layihələrini hazırlamaq və rəy vermək;
2.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək;
2.1.3. dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinə nəzarət etmək;
2.1.4. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, dəniz üzgüçülüyü sahəsində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
2.1.5. dəniz üzgüçülüyü ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək;
2.1.6. dəniz üzgüçülüyünün təhlükəsizliyi sistemini təşkil etmək;
2.1.7. dənizdə, o cümlədən dəniz dibində işlərin aparılması ilə əlaqədar rəy vermək;
2.1.8. dəniz yollarında naviqasiya təminatının qiymətləndirilməsində iştirak etmək, dəniz yollarının və sığınacaq yerlərinin müəyyən edilməsi ilə əlaqədər təkliflər hazırlamaq;
2.1.9. dəniz yollarında, lövbər dayanacaqlarında, sığınacaq yerlərində və sahildə naviqasiya avadanlıqlarının quraşdırılması yerlərinə və texniki göstəricilərinə dair təkliflər vermək;
2.1.10. dənizdə batmış əmlakın qaldırılmasına icazə verilməsi ilə əlaqədar müraciətlərə baxmaq və nəticəsinə uyğun olaraq rəy vermək;
2.1.11. dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılmasında iştirak etmək və rəy vermək;
2.1.12. dəniz mühitinin mühafizəsi üzrə normativ sənədlərin layihələrini hazırlamaq və planları təsdiq etmək;
2.1.13. dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə normativ sənədlərin layihələrini hazırlamaq və planları təsdiq etmək;
2.1.14. dənizdə insan həyatının mühafizəsinə dair icrası məcburi olan qaydalarının hazırlanmasında iştirak etmək;
2.1.15. dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq müqavilələri, müqavilələrə dair dəyişiklikləri, habelə beynəlxalq təşkilatların tövsiyə xarakterli sənədlərini izləmək və təhlilini aparmaq, bu məqsədlə elektron informasiya ehtiyatlarından (“IMODOCS”, “Virtual Publications” və digərləri) istifadə etmək;
2.1.16. beynəlxalq müqavilələrin tətbiqi məqsədi ilə dövlətdaxili normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək;
2.1.17. bütün beynəlxalq təşkilatların dəniz nəqliyyatı sahəsi üzrə tövsiyə xarakterli sənədlərinin təhlilini aparmaq, məqsədmüvafiq hesab edildiyi təqdirdə aidiyyəti üzrə normativ hüquqi aktları hazırlayaraq Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinə təqdim etmək və ya bununla əlaqədar olaraq aidiyyəti tərəflərə tövsiyələr vermək;
2.1.18. dəniz nəqliyyatı sahəsi üzrə obyektlərin (limanlar, yükaşırma terminalları) inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərini yoxlamaq və rəy vermək;
2.1.19. limanlar və yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə verilməsi işində iştirak etmək;
2.1.20. dəniz üzgüçülüyü və naviqasiya sahəsinə aid planlar, çertyojlar, xəritələr və layihələr üzrə rəy və təkliflər vermək;
2.1.21. limanların dövlət reyestrinin aparılması işini təşkil etmək;
2.1.22. limanların fəaliyyətə başlamasının hazırlıq səviyyəsinin yoxlanılmasında iştirak etmək və rəy vermək;
2.1.23. limanların müvəqqəti bağlı elan edilməsi ilə əlaqədar rəy və təkliflər vermək;
2.1.24. limanların bağlı elan edilməsinə dair rəy və təkliflər vermək;
2.1.25. limanlarda “Dəniz limanı üzrə məcburi qaydalar”a rəy vermək;
2.1.26. limanlarda dəniz üzgüçülüyünün, dənizdə insan həyatı və sağlamlığının, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan göstərişlərin həyata keçirilməsinə nəzarət etmək;
2.1.27. dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar icrası məcburi olan qaydaların hazırlanmasında iştirak etmək;
2.1.28. dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması üzrə gəmi və liman sənədlərini (planlarını) yoxlamaq və təsdiq etmək;  
2.1.29. mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün təkliflər hazırlayıb təqdim etmək;
2.1.30. dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin olunması sahəsində qanunvericiliyin pozulmasına görə şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
2.1.31. dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsi ilə bağlı inzibati işlərə baxılması və müvafiq qərar qəbul edilməsi üçün tədbirlərin görülməsini təmin etmək;
2.1.32. Azərbaycan Respublikasının limanlarına daxil olan gəmilərin texniki vəziyyətinin və onların təhlükəsiz istismarının dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin və beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar təhlillər aparmaq və rəhbərliyə məlumat vermək;
2.1.33. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyü üzrə qaydalara riayət olunmasının qiymətləndirilməsində iştirak etmək;
2.1.34. Azərbaycan Respublikasının ərazi sularında dənizin gəmilərdən çirkləndirilməsi ilə bağlı hər hansı bir mənbədən məlumat daxil olduqda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilməsi üçün tədbirlərin görülməsini təmin etmək;
2.1.35. dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin fəaliyyətini təhlil etmək və rəhbərliyə məruzə etmək;
2.1.36. Administrasiyanın tabeliyində olan qurumun fəaliyyətinin yoxlanılmasında iştirak etmək;
2.1.37. Şöbənin fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların və dövlət sirrinin qorunmasını təmin  etmək;

2.1.38. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən Şöbəyə həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Administrasiyanın struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.2. gəmilərdən və dəniz nəqliyyatı sahəsinə aid digər obyektlərdən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar təkliflərlə çıxış etmək;
3.1.3. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) layihələrinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olub-olmamasına dair rəy verilməsində və istismara təhvil verilməsi məqsədilə texniki müayinə aparılmasında iştirak etmək;
3.1.4. dəniz nəqliyyatı sahəsi üzrə obyektlərin (limanlar, yükaşırma terminalları) inşası, yenidən qurulması və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərinin yoxlanılmasında və rəy verilməsində iştirak etmək;
3.1.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrasını təmin etmək məqsədilə tabeli qurumlardan məlumatları tələb etmək;
3.1.6. dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin olunması sahəsində səmərəliliyin artırılması məqsədilə rəhbərlik qarşısında təkliflə çıxış etmək;
3.1.7. Beynəlxalq və yerli tədbirlərdə iştirak etmək;
3.1.8. Administrasiya tərəfindən dəniz nəqliyyatı mütəxəssislərinə xüsusi hazırlıq sertifikatlarının, diplomların verilməsi üzrə İxtisas Komissiyalarının işində iştirak etmək;
3.1.9. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
3.1.10. Şöbədə kadr hazırlığının təmin olunması, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün təkliflər vermək;
3.1.11. bu Əsasnamə ilə müəyyən olunmuş hüquq və vəzifələrinə uyğun olaraq rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
3.1.12. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
3.1.13. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən Şöbəyə həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Şöbənin fəaliyyətinin təşkili

4.1.  Şöbənin strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Şöbəyə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbə müdirinin Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
4.4. Şöbə müdirinin müavini Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini həyata keçirir.
4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:
4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.6.4. Şöbə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən normativ hüquqi aktların vaxtında icrasını təmin edir;
4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə Administrasiyanın rəisinə təqdimat verir;
4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.6.10. Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.6.11. Şöbəni təmsil edir;
4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.
4.7. Şöbənin digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.