ƏN ÇOX VERİLƏN SUALLAR | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

ƏN ÇOX VERİLƏN SUALLAR

Sual: “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin alınması üçün hansı sənədlər tələb olunur?
Cavab: “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”ni almaq üçün gəmi sahibi Dövlət Dəniz Administrasiyasına yazılı və ya elektron şəkildə müraciəti etməli, eləcə də aşağıda göstərilən sənədləri təqdim etməlidir:
— Ərizə-anket;
— Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə);
— hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
— gəmiyə mülkiyyət hüququna dair sənəd;
— xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti;
— gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd;
— gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə;
— çağırış siqnalının alınmasını təsdiq edən sənəd;
— gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt;
— ölçü şəhadətnaməsi;
— gəminin təsnifat şəhadətnaməsi;
— gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə;
— dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 iş günü müddətində şəhadətnamənin verilməsi haqqında qərar qəbul edilir. Şəhadətnamə ərizəçiyə birbaşa təqdim olunur.

Sual: Gəminin ilkin dövlət qeydiyyatınaa alınması proseduru necə müəyyən edilmişdir?
Cavab: Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə alqı-satqı müqaviləsi və ya berbout-çarter müqaviləsi imzalandığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir.
Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya gəmi sahibləri tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir və aşağıdakı sənədlər tələb olunur:
— Ərizə-anket;
— Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə);
— hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
— gəmiyə mülkiyyət hüququna dair sənəd;
— xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti;
— gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd;
— gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə;
— çağırış siqnalının alınmasını təsdiq edən sənəd;
— gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt;
— ölçü şəhadətnaməsi;
— gəminin təsnifat şəhadətnaməsi;
— gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə;
— dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

Sual: Gəmilər hansı hallarda Dövlət gəmi reyestrindən və ya Berbout-çarter reyestrindən çıxarıla bilər?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2010-cu il tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması  Qaydaları”nın tələblərinə uyğun olaraq, gəmilər aşağıdakı hallarda Dövlət gəmi reyestrindən  və ya berbout-çarter reyestrindən çıxarıla bilər:
— mülkiyyətçinin və gəmi sahibinin yazılı ərizəsi əsasında;
— gəmi məhv olduqda və ya itkin düşdükdə, konstruksiya cəhətdən məhv olduqda;
— yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;
— Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə;
məhkəmə qərarı əsasında.

Sual: Dəniz sahəsində istifadə edilən avadanlıqların ölkə ərazisinə gətirilməsi üçün hansı sənədlər tələb olunur?
Cavab: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli, 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”na uyğun olaraq, ərizəçi Dövlət Dəniz Administrasiyasına müraciət etməklə yanaşı, malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat, malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat, bağlanmış müqavilənin (kontraktın) surəti, ixrac edilən malın mənşə sertifikatının əsli kimi sənədləri də təqdim etməlidir.
Yalnız bundan sonra sənədlərdə çatışmazlıq aşkar edilmədikdə 5 iş günü ərzində ərizəçinin müraciətinə baxılır və ona avadanlıqların ölkəyə gətirilməsi ilə bağlı xüsusi icazə verilir.

Sual: Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamənin alınması proseduru necə müəyyən olunmuşdur?
Cavab: Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması  haqqında şəhadətnaməni almaq üçün gəmi sahibinin müraciəti ilə yanaşı, gəminin mühafizə sisteminə dair anket və dövlət rüsumunun ödənilməsini  təsdiq edən sənəd Dövlət Dəniz Administrasiyasına təqdim edilməlidir.
Bundan sonra, tipindən və təyinatından asılı olaraq hər bir gəmi üçün “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin A hissəsinin 9-cu bəndinin tələbləri nəzərə alınaraq mühafizə planı hazırlanır və Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq edilir. Təsdiq edilmiş plana uyğun olaraq gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu yoxlanılır və yoxlamanın nəticələrinə əsasən gəmiyə Dövlət Dəniz Adminsitrasiyası tərəfindən  Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması  haqqında şəhadətnamə verilir. Adıçəkilən şəhadətnamə gəmidəki mühafizə səviyyəsi, heyətin bununla bağlı bilik və hazırlıqları, eləcə də gəminin beynəlxalq sənədlərinin və həyəcan siqnalı sisteminin qaydasında olması yoxlanıldıqdan sonra verilir.

 Sual: Sertifikatın (Diplomların) dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?
Cavab: Dənizçilər Sertifikatını (Diplomlarını) dəyişmək üçün  aşağıda göstərilən sənədləri təqdim edilməlidirlər:
-idarə, təşkilat və ya müəssisənin göndərişinin əsli və surəti (dənizçi işləmirsə fərdi ərizə anketini doldurmalı);
-şəxsiyyət vəsiqəsinin əsli və surəti;
-nəzəri diplomun əsli və surəti;
-müvafiq xüsusi hazırlıq şəhadətnamələrinin əsli və surəti;
-dənizçinin qeyd kitabçasının əsli və surəti;
-malik olduğu sertifikatın (diplomun) əsli və surəti;
-dənizçinin tibb kitabçasının əsli və surəti;
-müvafiq üzmə haqqında arayışları;
-4 ədəd (3×4) foto şəkil.

Sual: Dənizçilərin sertifikatlarının (diplomlarının) dəyişdirilməsi hansı müddət ərzində həyata keçirilir?
Cavab: Dənizçilərin sertifikatlarının (diplomlarının) dəyişdirilməsi Dənizçinin müraciət etdiyi gündən 1 ay müddətində həyata keçirilir.

Sual: Dənizçi yuxarı vəzifəyə iddia etdikdə neçə il üzmə stajı haqqında arayış təqdim etməlidir?
Cavab: Dənizçi yuxarı vəzifəyə iddia etdikdə aşağıdakı göstərilən müddətlərdə üzmə stajı tələb olunur:
-Kapitanın növbə köməkçisinə və ya növbətçi mexanik vəzifəsinə -12 ay
-Kapitanın baş köməkçisinə və ya ikinci mexanik vəzifəsinə -18 ay
-Kapitan və ya baş mexanik vəzifəsinə -24 ay

Sual: Tibbi müayinəni hansı tibb müəssisələrində keçmək olar?
Cavab:  Tibbi müayinəni Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 14 saylı poliknikasında, eləcə də Medi Club və ya Mərkəzi kilinik xəstəxanalarında keçmək olar.

Sual: Dənizçinin şəxsiyyət sənədi hansı hüquqi sənədlərə əsasən verilir?
Cavab: Dənizçinin şəxsiyyət sənədi Beynəlxalq Əmək Təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiyasının, eləcə də “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsinin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 01 fevral 2008-ci il tarixli 541 III-Q nömrəli Qanunu ilə təsdiq olunmuş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq verilir.

Sual: Dənizçinin şəxsiyyət sənədi kimlərə verilir?
Cavab: Dənizçinin şəxsiyyət sənədi Azərbaycan Respublikasında qeydiyyatda olan və dənizçilik məqsədi ilə istifadə edilən gəmilərdə hər hansı dənizçi vəzifəsində işləyən Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin  Azərbaycan Respublikasında qeydiyyatda olan və ya onun ərazisində istifadə üçün icarəyə götürülmüş gəmidə dənizçi vəzifəsində işləyən və Azərbaycan Respublikasında daimi yaşama statusu almış əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilir.

Sual: Dənizçinin şəxsiyyət sənədini almaq üçün hansı sənədlər tələb olunur?
Cavab: Dənizçinin şəxsiyyət sənədini almaq üçün dənizçi aşağıda göstərilən sənədləri təqdim etməlidir:
-şəxsiyyətini təsdiq edən sənədi;
-gəmidə hər hansı vəzifədə çalışmasını təsdiq edən sertifikatı (diplomu);
-tibbi arayışı;
-hərbi vəzifəsi haqqında hərbi biletini və ya təhkim şəhadətnaməsini (18-35 yaş həddində olanlar);
-lazım olarsa, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri;
-bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü ağ fonda təsvir edilmiş fotoşəkilləri;
-dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi.

Sual: Dənizçinin şəxsiyyət sənədi hansı müddət ərzində verilir?
Cavab: Dənizçinin şəxsiyyət sənədi 15 (on beş) gün müddətində verilir.

Sual: Dənizçinin şəxsiyyət sənədi hansı müddətə verilir?
Cavab: Dənizçinin şəxsiyyət sənədi 5 (beş) il müddətinə verilir.