Aparat Rəhbəri | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Aparat Rəhbəri

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyanın
Aparat rəhbəri haqqında

ƏSASNAMƏ

 I. Ümumi müddəalar

 1.1. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – “Administrasiya”) Aparatının rəhbəri (bundan sonra – “Aparatın rəhbəri”) Administrasiyanın Aparatı və onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətini əlaqələndirən vəzifəli şəxsdir.
1.2. Aparatın rəhbəri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu  Əsasnaməni rəhbər tutur.

II. Aparatın rəhbərinin vəzifələri

2.1. Aparatın rəhbərinin əsas vəzifələri aşağıdakılardır:
2.1.1. Administrasiyanın struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək;
2.1.2. Administrasiyanın struktur bölmələrinin işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Administrasiyasının rəisinə təkliflər vermək;
2.1.3. Administrasiyanın rəisinin əmr, sərəncam və göstərişlərinin və Kollegiya qərarlarının Administrasiyanın struktur bölmələri tərəfindən yerinə yetirilməsinə ümumi nəzarəti həyata keçirmək;
2.1.4. Administrasiyanın struktur bölmələrinin icraatında olan sənədlərin müəyyən edilmiş müddətlərdə icra edilməsi vəziyyətinə ümumi nəzarəti həyata keçirmək;
2.1.5. Administrasiyanın struktur bölmələri tərəfindən vətəndaşların qəbulu məsələlərinin təşkilinə ümumi nəzarəti həyata keçirmək;
2.1.6. Administrasiyanın ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrinin təşkili məsələlərinə ümumi nəzarəti həyata keçirmək;
2.1.7. Administrasiyanın struktur bölmələrinin Əsasnamələrinə uyğun olaraq onların fəaliyyətinə və bu fəaliyyətin Administrasiyanın həyata keçirdiyi siyasətə uyğun olmasına nəzarət etmək;
2.1.8. Administrasiyanın cari fəaliyyəti ilə əlaqədar Administrasiyanın rəisinə məlumatlar və hesabatlar vermək;
2.1.9. Administrasiyanın Ümumi sektorunun və İnformasiya texnologiyaları sektorunun fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
2.1.10. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına əsasən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Aparatın rəhbərinin hüquqları

3.1. Aparatın rəhbəri öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. öz vəzifə və funksiyalarının icrası ilə əlaqədar Administrasiyanın struktur bölmələrinə icrası məcburi olan tapşırıq və göstərişlər vermək;
3.1.2. Administrasiyanın struktur bölmələrindən hesabatlar, məlumatlar və arayışlar almaq;
3.1.3. Administrasiyanın struktur bölmələrinin əməkdaşlarını cəlb etməklə xidməti araşdırmalar aparmaq, bununla bağlı aidiyyəti şəxslərdən məlumatlar, izahatlar almaq və zəruri hallarda nəticələri üzrə təkliflər vermək;
3.1.4. öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməkdə fərqlənən Administrasiyanın əməkdaşları barəsində həvəsləndirmə tədbirləri, vəzifə funksiyalarını yerinə yetirməyən, Administrasiyanın fəaliyyət dairəsinə aid olan sahədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini və əmək intizamını pozan əməkdaşlar barəsində isə intizam tənbehi tədbirlərinin görülməsi üçün Administrasiyanın rəisinə təqdimatlar vermək;   
3.1.5. öz vəzifələrindən irəli gələn fəaliyyətləri həyata keçirərkən həmin fəaliyyətlərə Administrasiyanın struktur bölmələrinin əməkdaşlarını cəlb etmək;
3.1.6. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən ona həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Aparatın rəhbərinin fəaliyyətinin təşkili

4.1. Aparatın rəhbəri Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.
4.2. Aparatın rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.