Ümumi sektor | ARDDA

“Akademik Zərifə Əliyeva” ro-ro yük gəmisi 2006-cı ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Akademik Zərifə Əliyeva” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Zəngəzur” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13054 tondur. “Zəngəzur” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şuşa” neftdaşıyan tankeri 2009-cu ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7834 ton, xüsusi çəkisi 3356 ton və dedveyti 13008 tondur. “Şuşa” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Şah İsmayıl Xətai” neftdaşıyan tankeri 2005-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Şah İsmayıl Xətai” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Qarabağ” ro-ro yük gəmisi 2005-ci ildə Xorvatiyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147.04 metr uzunluğa, 17.50 metr enə, 7.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 8547 ton, xüsusi çəkisi 3135 ton və dedveyti 5985 tondur. “Qarabağ” gəmisi vaqonlarda yüklər və avtomobil daşınmasını həyata keçirir.

“Azərbaycan” sərnişin bərəsi 1985-ci ildə Yuqoslaviyanın Pula şəhərinin Gəmiqayırma Zavodunda inşa edilib. 147 metr uzunluğa, 17.50 metr enə, 13.45 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 11450 ton, xüsusi çəkisi 3435 ton və dedveyti 3985 tondur. “Azərbaycan” bərəsi Bakı – Türkmənistan və Bakı – Aktau xəttləri ilə sərnişin, vaqon və avtomobil daşımalarını həyata keçirir.

“Koroğlu” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmi Təmiri Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Prezident Heydər Əliyev” neftdaşıyan tankeri 2004-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13470 tondur. “Prezident Heydər Əliyev” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Dədə Qorqud” neftdaşıyan tankeri 2006-cı ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 145 metr uzunluğa, 17.30 metr enə, 10.50 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7833 ton, xüsusi çəkisi 3521 ton və dedveyti 13030 tondur. “Dədə Qorqud” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cabbar Həşimov” neftdaşıyan tankeri 2008-ci ildə Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının Zelenodolsk şəhərində yerləşən “Maksim Qorki” adına Gəmi Təmiri Zavodunda inşa edilib. 142.79 metr uzunluğa, 17.30 metr enə, 10.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 7226 ton, xüsusi çəkisi 3517 ton və dedveyti12365 tondur. “Cabbar Həşimov” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Cəlil Məmmədquluzadə” neftdaşıyan tankeri 2003-cü ildə Rusiya Federasiyasının Nijni-Novqorod şəhərində yerləşən “Krasnoe Sormovo” Gəmiqayırma Zavodunda inşa edilib. 137.10 metr uzunluğa, 16.60 metr enə,7.40 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 5143 ton, xüsusi çəkisi 1957 ton və dedveyti 7950 tondur. “Cəlil Məmmədquluzadə” gəmisi əsasən neft və neft məshullarının daşınmasını həyata keçirir.

“Caspian Pride” təchizat gəmisi 2004-ci ildə Norveç Krallığının Brevik şəhərində yerləşən “Aker Shipyard” Gəmiqayırma Zavodunda inşa edilib. 68.30 metr uzunluğa, 16 metr enə, 7 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2265 ton, xalis çəkisi 1121 tondur. “Caspian Pride” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“General Əsədov” sərnişin gəmisi 1983-cü ildə Finlandiyada Respublikasında inşa edilib. 66.75 metr uzunluğa, 14.5 metr enə, 8.065 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2621 ton, xalis çəkisi 786 ton və dedveyti 549 tondur. “General Əsədov” gəmisi əsasən neft platformalarına sərnişin daşınmasını həyata keçirir.

“Lyutoqa” təchizat gəmisi1981-ci ildə Norveç Krallığında inşa edilib. 60.10 metr uzunluğa, 13.80 metr enə, 6.90 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 1312 ton, xalis çəkisi 393 ton və dedveyti 1185 tondur. “Lyutoqa” gəmisi əsasən neft yataqlarının təchizatını həyata keçirir.

“Şirvan” kran gəmisi 1982-ci ildə keçmiş Yuqoslaviya Respublikasının Karlevitsa şəhərində yerləşən Gəmi Təmiri Zavodunda inşa edilib. 93.57 metr uzunluğa, 17.03 metr enə, 6.10 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 2700.04 ton, xalis çəkisi 943 ton və dedveyti 1350 tondur. “Şirvan” gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

“Qurban Abbasov” kran gəmisi 1986-cı ildə Finlandiyanın Gəmiqayırma Zavodunda inşa edilib. 124.36 metr uzunluğa, 54 metr enə, 13 metr hündürlüyə malik olan gəminin ümumi çəkisi 19813 ton, xalis çəkisi 5944 tondur. “Qurban Abbasov” kran gəmisi əsasən kran əməliyyatlarını həyata keçirir.

 

Ümumi sektor

Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyasının I/26 nömrəli,
«04» sentyabr 2015-ci il tarixli
Əmri ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının
Ümumi sеktоru haqqında

ƏSASNAMƏ 

I.   Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (bundan sonra – “Administrasiya”) struktur bölməsi olan Ümumi sеktоrun (bundan sonra – “Sektor”) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
1.2.  Sektorun fəaliyyətinin əsas məqsədləri  Administrasiyanın Aparatında kargüzarlığın aparılması işininin, o cümlədən sənədlərin hazırlanmasının, qeydiyyatının, hərəkətinin, icrasının, uçotunun və arxivə verilməsinin təmin edilməsi və bu işə metodiki rəhbərlik edilməsidir.
1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın Əsasnaməsini, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisinin (bundan sonra – Administrasiyanın rəisi) əmr və sərəncamlarını, Administrasiyanın Kollegiyasının qərarlarını, digər normativ hüquqi aktları və bu  Əsasnaməni rəhbər tutur.
1.4. Sektor öz fəaliyyətini Administrasiyanın digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.
1.5. Sektor öz adı yazılmış daxili yazışmalar üçün blanka malikdir.
1.6. Sektor  bilavasitə  Administrasiyanın  Aparat rəhbərinə tabedir  və  ona  hesabat  verir.

II. Sеktоrun əsas vəzifələri

2.1. Sеktоrun əsas vəzifələri aşağıdakılardır:
2.1.1. kargüzarlıq işini təşkil etmək və onun aparılmasına metodiki rəhbərlik etmək;
2.1.2. Administrasiyaya daxil olan normativ hüquqi aktlar, ərizə, teleqram, məktub və digər sənədləri qəbul etmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların qeydiyyatını aparmaq;
2.1.3. “Şəхsən” qeydi ilə daxil olan zərfləri bağlı şəkildə qeydiyyata alınmasını təmin etmək;
2.1.4. qeydiyyata alınmış müqavilə və şəhadətnamələrə müvafiq qeydiyyat nömrəsi və möhür qoyulduqdan sonra onlar bilavasitə ərizəçiyə xüsusi kitabda imza etdikdən sonra təqdim etmək;
2.1.5. zərfə qoyulmuş sənədlərin reyestrə yazılmasını və müvafiq qaydada ünvanlara çatdırılmasını təmin etmək;
2.1.6. Sektorun səlahiyyətlərinə aid olan məsələlər üzrə normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
2.1.7. ekspedisiya sənədlərinin çatdırılmasını və aidiyyəti üzrə göndərilməsini təmin etmək;
2.1.8. müvafiq ünvanlandırıcı dərkənarlara uyğun olaraq sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
2.1.9. mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan daxil olan sənədlərə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılmasına nəzarəti həyata keçirmək;
2.1.10. Sеktоra daxil olmuş sənədlərin, onların mahiyyəti üzrə baxılması ilə əlaqədar toplanmış materialların və verilmiş cavabların, həmçinin vətəndaşların şəxsən qəbul edilməsi ilə bağlı sənədlərin təsdiq olunmuş nomenklaturu əsasında işçi qovluqlara yığılmasını təmin etmək;
2.1.11. Administrasiyanın Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumların fəaliyyəti ilə bağlı kargüzarlıq işinin aparılmasına nəzarət etmək;
2.1.12. Administrasiyanın Aparatında elektron sənədlərlə bağlı kargüzarlığın aparılması işini təmin etmək;
2.1.13. arxiv sənədlərinin saxlanıl­ması işini təşkil etmək;
2.1.14. daxil olmuş sənədlərin icrası ilə bağlı qeydiyyat-nəzarət vərəqələrinin tərtib edilməsi və kartoteka işinin təşkil etmək;
2.1.15. təkrar müraciət etmiş hüquqi və fiziki şəxslərin sənədlərinə müəyyən olunmuş baxılma müddəti bitdiyi və ya müraciət edənin aldığı cavabdan razı qalmadığı hallarda təklifi, ərizə və şikayəti təkrar hesab edərək, onların aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
2.1.16. sənədlərin nəzarətə alınması zərurəti yarandıqda qeydiyyat-nəzarət vərəqələrinə “Nəzarət” ştampının qoyulmasını təmin etmək;
2.1.17. mahiyyəti üzrə baxılmış sənədlərin təhlili və ümumiləşdirilməsi üzrə materiallar əsasında analitik arayışlar, o cümlədən zəruri hallarda digər təhlili arayışlar hazırlamaq və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
2.1.18. zərfin içərisində hər hansı sənəd çatışmazlığı, sənədin korlanması və bu kimi digər hallar aşkar edilərsə, 2 (iki) nüsxədən ibarət akt tərtib edərək və bu barədə sənəddə müvafiq qeyd aparmaqla onlardan bir nüsxəsinin müəllifə qaytarılmasını təmin etmək;
2.1.19. səhvən göndərilən məktubların, köhnə zərfi sənədə əlavə etməklə yeni zərfə qoyulmasını və aidiyyəti üzrə göndərilməsini təmin etmək;
2.1.20. digər sənədlərlə yanaşı müqavilə və şəhadətnamələrin müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək;
2.1.21. Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
2.1.22. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən Sektora həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

III. Sеktоrun hüquqları

3.1. Sektor öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Sektora həvalə edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün zəruri olan sənədlərlə tanış olmaq;
3.1.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Administrasiyanın struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.3. Sektora həvalə edilmiş vəzifə və funksiyalara uyğun normativ hüquq aktların və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;
3.1.4. Administrasiyada kargüzarlıq işinin təkmilləşdirilməsi məqsədi ilə Administrasiyanın rəisinə müvafiq təkliflər vermək;
3.1.5. Administrasiyanın Aparatında kargüzarlıq işinin aparılması qaydalarına əməl olunmasını yoxlamaq və bu işin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.6. Administrasiyanın rəisinin əmr və sərəncamlarına, habelə tapşırıqlarına  əsasən Sektora həvalə edilmiş vəzifələrlə bağlı digər hüquqları həyata keçirmək.

IV. Sеktоrun fəaliyyətinin təşkili

4.1. Sektorun strukturu və əməkdaşlarının sayı Administrasiyanın rəisi tərəfindən müəyyən və təsdiq edilir.
4.2. Sektora Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Sektor müdiri rəhbərlik edir. Sektor müdiri Sektora həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
4.3.  Sektor aşağıdakı səlahiyyətlərə malikdir:
4.3.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
4.3.2. Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
4.3.3. Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
4.3.4. Sektor üzrə üzrə Administrasiyanın Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Administrasiyanın rəhbərliyinə təqdim edir, Sektor tərəfindən hüquqi aktların vaxtında icrasını təmin edir;
4.3.5. Sektorun inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
4.3.6. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərin   görülməsi barədə Administrasiyanın Aparat rəhbərinə təqdimat verir;
4.3.7. Sektorun vəzifələrini yerinə yetirmək üçün Administrasiyanın digər strukturlarından zəruri məlumat və sənədləri alır;
4.3.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
4.3.9. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
4.3.10. Sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;
4.3.11. Sektoru təmsil edir;
4.3.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.
4.4. Sektorun digər əməkdaşları Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.
4.5. Sektorun əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.