Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin
Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun funksiyaları
1. Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq dəniz təşkilatları ilə əməkdaşlığı təşkil edir, onların keçirdiyi tədbirlərdə iştirak edir;
2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq dəniz təşkilatları ilə işgüzar əlaqələr yaradır və mütəmadi olaraq məqsədyönlü iş aparır;
3. Azərbaycan Respublikası tərəfindən dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq müqavilələrin imzalanmasına, ratifikasiyasına, qəbul edilməsinə, təsdiq edilməsinə və onlara qoşulmasına dair təkliflər verir;
4. Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak edir, müəyyən edilmiş qaydada bu kimi müqavilələrin bağlanması üçün danışıqların aparılması və razılaşdırılması işinin təşkilində iştirak edir;
5. Səlahiyyətinə aid məsələlər üzrə xarici və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqların aparılmasında iştirak edir;
6. Administrasiya ilə əməkdaşlıq çərçivəsində xarici qonaqların qarşılanması və yola salınmasını təşkil edir;
7. Dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq konfrans və seminarların təşkil edilməsində iştirak edir;
8. Qanunvericiliyə, o cümlədən Əsasnaməyə uyğun olaraq Administrasiyanın Rəisi tərəfindən verilən, icrası məcburi olan əmr və sərəncamlara əsasən ona həvalə edilmiş digər funksiyaları həyata keçirmək.
Struktur