Gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş və aşağıda göstərilənlərə səbəb olmuş hadisələr dənizdə gəmilərdə baş vermiş qəza hesab edilir:
• insan ölümünə və ya insan bədəninə ağır xəsarət yetirilməsinə;
• insanın gəmidən itkin düşməsinə;
• gəminin məhvinə və ya gəminin məhvi ehtimalına;
• gəminin tərk edilməsinə;
• gəminin zədələnməsinə;
• gəminin saya oturmasına və ya hərəkət (üzgüçülük) imkanından məhrum olmasına;
• gəminin toqquşmada iştirakına;
• gəmidən kənarda olan dəniz infrastrukturu obyektlərinin, gəminin özünün, başqa gəminin və ya ayrıca şəxsin, yaxud dəniz üzgüçülüyünün təhlükəsizliyini ciddi təhdid edə biləcək zədələnməsinə;
• gəminin və ya gəmilərin zədələnməsi nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına.
Dəniz hadisəsi (insidenti) — gəminin istismarı ilə bilavasitə əlaqədar olaraq baş vermiş, gəmidəki şəxslərin və ya hər hansı başqa şəxsin, yaxud ətraf mühitin təhlükəsizliyini təhdid edən və ya qarşısı alınmadıqda təhdid edə biləcək, dəniz qəzası anlayışı ilə əhatə olmayan hadisə və ya hadisələr.