Limanın və liman infrasruktur obyektlərinin mühafizə sisteminə nəzarət
Liman və liman infrastruktur obyektləri strukturundan aslı olaraq GLVM BM-nin B hissəsinin 16-cı bəndinin tələbləri nəzərə alınaraq mühafizə planı hazırlanır və Dövlət Dəniz Agentliyi tərəfindn təsdiq edilir.
Təsdiq edilmiş plana uyğun olaraq liman və liman infrastruktur obyektlərinin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu yoxlanılır və yoxlamanın nəticələrinə əsasən Liman və liman infrastruktur obyektləri Dövlət Dəniz Agentliyi tərəfindən Limanın “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllə”yə uyğunluğu haqqında şəhadətnamə verilir.
“Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə cavab verən liman və liman infrastruktur obyektləri:
1. «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC
2. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Xəzər Dəniz Neft Donanması
3. «CƏNUBTİKİNTİSERVİS» ASC
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Heydər Əliyev adına Dərin Özüllər Zavodu
5. “Puta Sea Port"
6. «AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ» QSC, Zığ Quru Yük Dəniz Limanı
Dövlət Dəniz Agentliyinin gəmi və liman vasitələrinin mühafizə sisteminin təkmilləşdirilməsi siyasəti ● Mühafizəyə cəlb edilmiş gəmi və sahil heyətinin hazırlığı
● Mühafizə üzrə birğə təlimlərin keçirilməsi
● Limanlarda müasir mühafizə avadanlığının quraşdırılması
● Limanlarda infrastrukturun təkmilləşdirilməsi