Avropanın ən qabaqcıl dəniz dövlətlərini geridə qoyan ölkəmiz dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların icrası ilə bağlı mühüm addımlar atmaqdadır. Dövlət Dəniz Agentliyi azərbaycanlı dənizçilərin şəxsiyyət sənədi və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini 31 mart 2021-ci il tarixinədək uzadıb.
Səbəb dünyada hələ də davam edən koronavirus (COVID-19) pandemiyasıdır. Bununla bağlı, Dövlət Dəniz Agentliyi tərəfindən aidiyyəti işlər görülüb və Beynəlxalq Dəniz Təşkilatına, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə, digər aidiyyəti şəxslərə bildiriş göndərilib.
Azərbaycanlı dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.
Dövlət Dəniz Agentliyi Azərbaycan Respublikası və xarici dövlət bayrağı altında üzən gəmilərdə dənizçilərimizin çalışdığını nəzərə alaraq, onların etibarlılıq müddəti bitmiş Dənizçinin Şəxsiyyət Sənədinin və sertifikatlarının (diplomlarının) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 31 mart 2021-ci il tarixinədək uzadır.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidirlər:
- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;
- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;
- Əmək müqaviləsinin surəti.
Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş Dənizçinin Şəxsiyyət Sənədinin, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, 1 oktyabr 2020-ci il, daha sonra isə 31 dekabr 2020-ci il tarixinədək uzadılmışdır.