Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” mövzusunda təlimlərə start verilib. Təlimlər dünyanın ikinci ən böyük dənizçilik təsnifat cəmiyyəti olan “Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS) tərəfindən həyata keçirilir.
Açılış tədbirində çıxış edən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov “Amerika Dəniz Gəmiçilik Bürosu” tərəfindən Dövlət Dəniz və Liman Agentliyində ilk dəfə təşkil olunan təlimlərə görə qarşı tərəfə təşəkkür edib və bu kimi silsilə təlimlərin Agentliyin işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Sədr bildirib ki, bu təlimlər Amerika təsnifat cəmiyyəti ilə uğurlu əməkdaşlığın bariz nümunəsidir və təlimlərin sonunda Agentlik əməkdaşlarının təltif ediləcəyi ABS sertifikatları onların müvafiq sahədə biliklərinə dəlalət etməklə gələcək peşəkar fəaliyyətinə dəstək olacaqdır.
“Amerika Dəniz Gəmiçilik Bürosu”nun (ABS) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Ryan Salamati isə təlimçiləri salamlayaraq belə bir tədbirin təşkili üçün Agentliyə təşəkkür edib və kursun gələcəkdə qurumun işçi heyəti üçün faydalı olacağına əminliyini ifadə edib.
Təlim zamanı iştirakçılara “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin (ISM Code) tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumat verildi. Bununla yanaşı, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda tematik seminarlar da keçirildi.
Qeyd edək ki, üç gün davam edəcək təlimin sonunda “Amerika Dəniz Gəmiçilik Bürosu”nun nümayəndəsi daxili auditorları maraqlandıran sualları cavablandıracaq və onlara sertifikatlar təqdim edəcəkdir.